“İki nazirliyin adı dəyişdirilməlidir”. Modern.az saytının məlumatına görə, deputat Zahid Oruc bu fikirdədir. Onun fikrincə, Səhiyyə və Ədliyyə nazirliklərinin adları Azərbaycan dilinə uyğun gəlmir.
“Mən peşəkar dilçilərlə də müzakirə aparmışam. “Səhiyyə” və “ədliyyə” sözünü Azərbaycan vətəndaşına izah etmək mümkün deyil. Əgər “ədliyyə” sözü adillik, ədaləti təmin edən anlayışını verirsə, onda belə də olmalıdır. Bu, mənim nazirlərə münasibətimdən irəli gəlmir, sadəcə hesab edirəm ki, dövlət qurumlarının adları öz dilimizdə olmalıdır”.
Modern.az