Modern.az

"Bakıda soyqırımı muzeyinin yaradılması ləngiyir"

"Bakıda soyqırımı muzeyinin yaradılması ləngiyir"

2 Fevral 2015, 13:17

 

“Soyqırımı muzeyinin tikilməsi ilə bağlı sərəncamı mərhum dövlət başçısı Heydər Əliyev 16-17 il bundan öncə imzalayıb”. Bunu Modern.az saytına açıqlamasında Xocalının deputatı Elman Məmmədov deyib.

O, bildirib ki, bu sərəncam təkcə Xocalı ilə bağlı deyil: “Heydər Əliyevin 31 mart Dünya Azərbaycanlılarının Soyqırımı ilə bağlı imzaladığı sərəncamın bir bəndi Bakıda soyqırımı abidəsi və soyqırımı muzeyi yaradılması barədə idi. Sərəncamın verilməsindən 16-17 il vaxt keçib. Bu gün həm abidənin, həm də muzeyin yaradılmasında gecikmə var. Məndə olan məlumata görə, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə işlər gedir. O vaxtı təklif etmişdim ki, soyqırımı abidəsi ilə soyqırımı muzeyi Dağüstü Parkda - Şəhidlər Xiyabanının yanında yerləşsin. Yəqin ki, rəhbərlik bunu daha yaxşı məqsədəuyğun bildikləri yerdə tikəcəklər. Hazırda kompleksin harada tikiləcəyi barədə məlumatım yoxdur”.  

Yeganə Oqtayqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir