Modern.az

Müxalifət lideri Sərkisyanı istefaya çağırdı

Müxalifət lideri Sərkisyanı istefaya çağırdı

2 Fevral 2015, 13:24

“İrs” Partiyasının lideri Raffi Ovannisyan Ermənistanın prezidenti Serj Sərkisyan və Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanı istefaya səsləyib.

Modern.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı partiya lideri Raffi Ovannisyan bəyanat verib: “Soyqırım və böyük köçürülmənin yüzüncü ildönümü ərəfəsində bizə ayıbdır. Biz ədalətə nail olacağıq, lakin biz ilkin şərtlərlə başlayırıq. Prezident Serj Sərkisyan və Bako Saakyan vətən, ədalət, gələcək və erməni əsgərinin naminə istefa verməlidir. Ardınca kompleks dəyişikliklərin hazırlanmasından sonra, ümummilli “Birləşmiş Ermənistan”ın ilk prezidenti seçilməlidir”. Bütünlükdə yeni bir dövlət və xalqın formalaşmasını önə çəkən Raffi Ovannisyan bununla nə demək istəyir?

O, “Birləşmiş Ermənistan” dedikdə Ermənistan və onun tərəfindən idarə edilən seperatçı rejimin birləşməsini və vahid bir prezident tərəfindən idarə edilməsini önə sürür. Ermənistan rəhbərliyini hədəfə alan Ovannisyan bununla yanaşı, Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan seperatçı “Miatsum” hərəkatını canlandırmağa çalışır.

Şahin Qocayev

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir