Modern.az

“Müsavatçıların müdafiə komitəsinə sədr seçiləcək”

“Müsavatçıların müdafiə komitəsinə sədr seçiləcək”

2 Fevral 2015, 13:29

“Müdafiə Komitəsinin formalaşmasında hələ ki iştirak etmirəm. Çünki buna müsavatçılar tərəfindən təşəbbüs göstərilib”.  Bunu Modern.az-a açıqlamasında  başqanlığa keçmiş namizəd Qubad İbadoğlu deyib.

O, vurğulayıb ki, məsələ ilə bağlı bu gün toplantı keçiriləcək: “Əslində Müdafiə Komitəsinin yaradılması üçün təşəbbüs əvvəlcədən var idi. Sadəcə olaraq, keçən həftənin 6-cı günü toplaşıb müzakirə etdik. Təşəbbüskarlar bu gün ilk toplantılarını keçirəcəklər. Toplantıda da yəqin ki, komitənin yeni sədri seçiləcək və fəaliyyət planı müzakirə olunacaq”.

Qubad İbadoğlu tərəfdarlarının Müsavat Partiyasından uzaqlaşdırılmasına da aydınlıq gətirib: “Qubadlı rayonundan 2, Sumqayıtdan 1, Qaradağ rayonundan 1 və Səxavət Əlisoy daxil olmaqla 5 nəfər mənə görə Müsavat Partiyasından uzaqlaşdırılıb. Buna etiraz əlaməti olaraq istefa verənlərin sayı onlarladır”.

Başqanlığa keçmiş namizəd ötən həftənin 6-cı günü Müsavatın indiki və keçmiş başqanları Arif Hacılı və İsa Qəmbərlə görüşmək üçün etdiyi təklifə verilən cavabın məqsədəmüvafiq olmaması barədə səslənən fikirləri də dilə  gətirib: “Bununla əlaqədar olaraq bu gün Müsavat Partiyasının Divanına və Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət ərizəsi yəni müraciət hazırlamışıq. Həmin müraciətə təxminən 20-yə yaxın partiya üzvü imza atıb. Sənədə partiyanın bizim müraciətlərə cavab verməməsi, fəaliyyətsizliyi, sonda cavab verib bizim tədbiri keçirməyimizi məqsədəmüvafiq hesab etməməsinə etiraz bildirilir. Qeyd olunur ki, Müsavat Partiyası nizamnəməsinə, proqramın 4.2-cü müddəasına, eyni zamanda, Müsavat Partiyasının üzvü olduğu, Avropa, Liberal, İslahaçı Demokratlar partiyalarının ittifaqının qəbul etdiyi dəyərlərə ziddir. Bu, müsavatdaxili demokratiyanın olmaması, fikir, söz azadlığının pozulması, müsavat üzvlərinin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Xahiş edirik ki, Müsavat Partiyasının divanı bununla bağlı izahat versin. Mərkəzi Nəzarət Təftiş Komissiyası da müsavatçıların hüquqlarının pozulması hallarına münasibətini bildirsin. Konkret olaraq, bizim təklif verdiyimiz tədbirin keçirilməsini nəyə görə məqsədəmüvafiq olmaması ilə bağlı partiya rəhbərinin qərarının nizamnamə norması ilə dəyərləndirsin ki, hansı nizamnamə normasına ziddir”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir