Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Milli Antikorrupsiya bürosunun sədri olmaq üçün müsabiqədə iştirak edəcək. Modern.az saytı Ukrayna mətbuatına isitnadən xəbər verir ki, bunu Saakaşvili özü şəxsən təsdiq edib. Onun fikrincə, korrupsiya Ukraynanın əsas düşmənlərindən biridir.
Sabiq prezident öz antikorrupsiya proqramında Gürcüstanda bu sahədə topladığı təcrübədən istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Pyotr Poroşenko hakimiyyəti Ukraynanın idarəçilik sistemində Gürcüstanın keçmiş məmurlardan aktiv istifadə edir.
Belə ki, hazırki Ukrayna səhiyyə naziri Aleksandr Kvitaşvili bundan əvvək Gürcüstanda (2008-2010-ci illərdə) bu postu tutub. Gürcüstanın daxili işlər nazirinin müavini olmuş (2006-2012-ci illər) Yekaterina Zquladze isə indi Ukraynada anoloji vəzifədədir.
Zamanında Mixail Saakaşviliyə də Ukrayna baş nazirnini müavini postu təklif olunsa da, Saakaşvili bu təklifi qəbul etməmişdi.
Modern.az