Modern.az

Deputat Milli Məclisdə "ADA" tələbələrinə dərs keçdi - FOTO

Deputat Milli Məclisdə "ADA" tələbələrinə dərs keçdi - FOTO

2 Fevral 2015, 17:47

Ümumrespublika Gənclər günü münasibəti ilə Milli Məclisin deputatı Fuad Muradov dərs dediyi “ADA” Universitetinin bir qrup tələbəsini parlamentin iş fəaliyyəti ilə tanış edib.  
Milli Məclisin əsas binasında olan gələcək diplomatlar  iclas zalı, konfrans  və deputat otağı ilə tanış olublar. F. Muradov qanun verici orqanın fəaliyyət prinsipləri barədə danışaraq qeyd edib ki, Milli Məclis ölkədə qanunların qəbul olunması üçün çevik iş təcrübəsinə malikdir. Daha sonra deputat  tələbələrin suallarını cavablandırıb. Onlar bu görüşün onlarda çox böyük təəssürat yaratdığını bildiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir