Modern.az

Donbasda Ramzan Kadırovun şəxsi düşməni ölüb

Donbasda Ramzan Kadırovun şəxsi düşməni ölüb

2 Fevral 2015, 21:40

Ukrayna Ali Radasının deputatı və “Donbas” batalyonunun komandiri Semem Semençenko özünün Facebook səhifəsində Debaltseva rayonunda “Cövhər Dudayev adına batalyon”un komandiri İsa Munayevin ölməsi barədə xəbər yayıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, o, Donbasda Ukrayna güc strukturlarının keçirdiyi əməliyyatlarda iştirak edirdi, Çeçen müharibəsi zamanı isə Rusiyanın federal qüvvələrinə qarşı döyüşüb.

İsa Munayev “Azov” və “Dnepr” batalyonlarının komandirləri ilə birgə Rusiya ərazisində törədilən terror aktlarını dəstəklədiklərinibəyan etdiklərinə görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov onların axtarılıb tapılaraq respublikaya gətirilməsi haqda göstəriş vermişdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir