Modern.az

Körpə uşağı “Toyota” ilə dəyişmək istəyən ərlə arvad saxlanıldı

Körpə uşağı “Toyota” ilə dəyişmək istəyən ərlə arvad saxlanıldı

2 Fevral 2015, 22:20

Qazaxıstanda yeni doğulan övladlarını maşınla dəyişməyə cəhd edən ərlə arvad həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ərlə arvadın pula ehtiyacları olmadığı üçün münasib xarici markalı avtomobil lə körpənin əvəzinin ödənilməsini xahiş ediblər. Polis əməkdaşlarına ərlə arvadın anadan yenicə doğulan körpəni “Toyota Camry” avtomobili ilə dəyişdirmək istədikləri barədə məlumat daxil olub.

Əməliyyatçılar apardıqları yoxlama nəticəsində valideynlərin əllərini qandallayıblar. Hazırda sorğu-sual olunurlar. Körpə həkimlərə verilib. İlkin müayinə nəticəsində oğlan uşağının tamamilə sağlam olduğu müəyyənləşdirilib. Araşdırma zamanı o da məlum olub ki, uşağın anası heç yerdə işləmir, atası şəhərdəki müəssisələrdən birində çalışır. Fakt üzrə yetkinlik yaşına çatmayanların ticarəti üzrə cinayət işi qaldırılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir