Modern.az

Dünyanın ən sevimli adamları - SİYAHI

Dünyanın ən sevimli adamları - SİYAHI

2 Fevral 2015, 22:52


Rusiya prezidenti Vladimir Putin dünyanın ən sevimli adamlarının reytinqində 11-ci yeri tutub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, “YouGov” beynəlxalq araşdırma şirkətinin keçirdiyi rəy sorğusunda ilk yeri milyarder Bill Qeyts tutub.
ABŞ prezidenti Barak Obama onun ardınca gəlir. İlk üçlükdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Tszinpin də var.
Reytinqdə dördüncü yerdə aktyor Cek Candır. Onun ardınca Hindistanın baş naziri Narendra Modi, Roma papası Frantsik, Tibet buddistlərinin dini lideri Dalay Lama, “Alibaba” korporasiyasının yaradıcısı Cek Ma, məşhur fizik Stiven Hokinq və ünlü futbolçu Devid Bekhem gəlir.

Qadınlar arasında birinci yerdə Hollivud aktrisası Ancelina Colidir. İkinci yerdə Sülh üzrə Nobel mükafatçısı Malala Yusafzay və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintondur. Dünyanın ən sevimli qadınları siyahısında Böyük Britaniyanın kraliçası II Yekatirina, ABŞ-ın birinci ledisi Mişel Obama, müğənni Selin Dion, eləcə də aparıcı Opra Uinfri, aktrisa Culiya Roberts, Birma müxalifətinin lideri Do Aun Su Çji və Almaniyanın kansleri Anqela Merkel də var.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir