Modern.az

Əli Hüseyinli İqbal Ağazadəyə cavab verdi: “Həbsxanalarda məhbusların bütün vətəndaş hüquqları qorunur”

Əli Hüseyinli İqbal Ağazadəyə cavab verdi: “Həbsxanalarda məhbusların bütün vətəndaş hüquqları qorunur”

2 Fevral 2015, 22:50


Modern.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət qurulucuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə İqbal Ağazadənin penitensiar xidmətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Deputat qeyd edib ki, qüvvəyə minmiş məhkəmə hökmünü heç kim şübhə altına almamalıdır: “Bu baxımdan həmkarım İqbal Ağazədənin  cinayət işi ilə bağlı söylədiyi fikirlər hüquqa ziddir. Bu gün penitensiar sistem məhkəmələrin qəbul etdikləri qərarları icra edir və bu, həmin qurumun  borcudur. Buna görədə penitensiar sistemi nədəsə günahlandırmaq doğru deyil”.

Ə.Hüseyinli bildirib ki, son illər Azərbaycanda penitensiar sistemdə   çox ciddi və mütərəqqi islahatlar aparılıb: “Təsadüfi deyil ki, ölkəmizin penitensiar sistemi, cəzaçəkmə müəssisələri nəinki MDB, hətta Avropa ölkələri arasinda nümunəvi, Şərqi Avropa ölkələrinin əksəriyyətindən isə öndədir.

Son illər qəbul edilən sənədlər penitensiar sistemə  aid olan müəssisələrin fəaliyyətinin tamamilə şəffaf  həyata keçirilməsindən ötrü çox normal qanunvericilik bazası yaradıb. Bunlardan ən vacibi həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır. Biz orada insan hüquqlarının müdafiəsi ilə bağlı bir çox normaları qeyd etmişik. Çox mütərəqqi haldır ki, son illər Ədliyyə orqanlarının təşəbbüsü ilə vətəndaş cəmiyyəti, QHT-lər, bir çox hallarda vətəndaşlar, ayrı-ayrı məhkumların qohumları bu proseslərə cəlb olunur. Ombudsman, miili priventiv xidmətin nümayəndələri, millət vəkilləri, Qırmızı Xaç Komitəsinin nümayəndələri , İctimai komissiya üçün penitensiar sistem hər zaman açıqdır”.

Ə.Hüseyinli deyib ki, istənilən zaman müraciət edib orada görülən işləri, aparılan islahatları əyani şəkildə görmək mümkündür: “Bir sıra mətbuat orqanları məhkum qadının dünyaya uşaq gətirməsi hadisəsinin bu qədər böyütdü. Təssüflər olsun ki, həmkarımız da bu məsələni parlament səviyyəsinə qaldırmağa cəhd etdi”.

Komitə rəhbəri qeyd edib ki, bütün cəzaçəkmə sistemi ilə bağlı müəssisələrdə insanların hüquq və azadlıqlarını qanunvericiliklə qoruyur. "Onu da bilmək lazımdır ki, onların şəxsi həyatında mövcud olan məhdudiyyətlər yetkinlik yaşına çatmayan şəxslərlə bağlıdır. 
Yetkinlik yaşına çatmış şəxslərin cəzaçəkmə müəssisələrində bütün vətəndaş hüquqları qorunur.  Bunlara əmin olmaqdan ötrü cəzaçəkmə müəssisələrinə gedib məsələni yerində görmək lazımdı. Bütün bunlar penitensiar xidmətin xüsusi diqqətindədir. Qadın həbsxanaları isə xüsusi diqqət mərkəzindədir”. 


Deputat deyib ki, son zamanlar həbsxanalarla bağlı formalaşan mənfi fikirlər penitensiar sistemdə həyata keçirilmiş müsbət islahatlara kölgə gətirmək üçündür: “Görülən işlər onu göstərir ki, Azərbaycan penitensiar sistemi nə qədər açıq və bütün cəmiyyət üçün aşkardır. Çünki biz məhkum olunmuş şəxslərin hüquqlarını qoruyuruq. Onlar törətdikləri cinayətlərə görə cəzalarını çəkirlər. Ancaq onların qanunvericiliyin imkan verdiyi bütün hüquqları qorunur”.

Deputat bununla bağlı cəmiyyətdə formalaşan mənfi fikirlərə də münasibət bildirib: “Sual olunur, cəmiyyətdə belə bir fikrin formalaşmasının əsl səbəbi nədir.  Sadə cavab var, bunu mətbuat formalaşdırır. Ancaq “XəzərTV”də yayımlanan “Rezonans” verilişi məhz bundan dolayı müsbət fikirlər yaradır. Əsas hədəflərdən biri həbsə düşən insanların məhkumluq həyatını bitirəndən sonra onların cəmiyyətə qayıdışı və cəmiyyət tərəfindən qəbulunun çox rahat bir prosesə çevrilməsidir. Məhkumlar elə bir vəziyyətlə üzləşməli deyillər ki, onların bütövlükdə həyatı bitmiş olsun. Bu, ümumiyyətlə, müasir dövr  üçün qəbul olunan bir ideya deyil. Penitensiar sistem o məhdudiyyətləri həyata keçirir ki, o qanunvericilkdə nəzərdə tutulub”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir