Modern.az

Azərbaycanda yeni informasiya agentliyi açılır - “Racus”

Azərbaycanda yeni informasiya agentliyi açılır - “Racus”

Təhsil

3 Fevral 2015, 14:11


Yaxın günlərdə «Racus» İnformasiya Agentliyi və xəbər portalı  fəaliyyətə başlayacaq.  Agentlik və sayt ölkədə, dünyada baş verən hadisələri operativ, qərəzsiz şəkildə olaraq oxucuların diqqətinə çatdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə  təbliği ilə bağlı olaraq  ciddi addımlar atmağı planlaşdırır. 

“Racus” İnformasiya Agentliyi və xəbər portalı ilk vaxtlar azərbaycan, daha sonra rus və ingilis dillərində xəbər yayımını həyata keçirəcək. Bu barədə Modern.az-a agentlikdən məlumat verilib.

 www.rakurs.az  xəbər portalı və “Racus” İnformasiya Agentliyi yüksək peşəkarlıq standartları tətbiq etməklə Azərbaycan jurnalistikasının ən yaxşı ənənələrinə sadiq qalmaqla, ciddi auditoriyanın tələblərinə cavab verən  keyfiyyətli kontent  təqdim edəcək.  Eyni zamanda Agentlik və sayt peşəkarlarla işləməklə yanaşı, gənç jurnalistlər üçün yeni imkanlar açacaq,  təcrübə proqramları təklif edəcək.

www.rakurs.az xəbər portalı və «Racus» İnformasiya Agentliyi Azərbaycan media sektorunda son illər formalaşmış yeni müsbət praktikanı təzə nümunələrlə zənginləşdirməyə çalışacaq.

Agentlik və xəbər portalı həmçinin,  beynəlxalq auditoriyaya dünyada baş verənləri Azərbaycan rakursundan dəyərləndirilməsinin çatdırılmasını da əsas vəzifələrindən biri hesab edir. Agentlik və saytın missiyasının elementlərindən biri də beynəlxalq ictimaiyyəti Azərbaycan rakursu ilə tanış etməkdir.

«Racus»  İnformasiya Agentliyi və www.rakurs.az xəbər portalı  “ Visla advertising and media Company” həyata keçirdiyi media layihələrindən biridir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir