Yerevandakı Vazgen Sərkisyan adına hərbi institutun daha 30 nəfər qovulacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalifətçi deputat Yeqine Bişaryanın hərbi məktəbin kursantı Aykaz Barseqyanın ölməsi ilə bağlı sualına cavab verən müdafiə naziri Seyran Ohanyan deyib.Ohanyanın sözlərinə görə, artıq cinayət işi ilə bağlı 4 nəfər həbs olunub:
“Hərbi institutun direktoru qovulub, onun 3 müavini və təlim-tədris hissəsinin bütün rəsilərinin işdən azad olunması ilə bağlı əmrlər isə hazırdır. Ümumilikdə, 30 nəfər işdən çıxarılacaq: bəziləri Silahlı Qüvvələrdən xaric ediləcək, bəzilərinin isə rütbəsi azaldılaraq hərbi hissələrə göndəriləcək”.
Müdafiə nazirinin sözlərinə görə, Levon Barseqyanın ölümü şəxsi münasibətlər zəminində baş verib. Kursantlar spirtli içki qəbul etdikdən sonra onlardan biri digər yoldaşına öz iradını bildirib. Mübahisə gecə vaxtlarında kütləvi davaya çevrilib və sonda qətllə nəticələnib.
Modern.az