Modern.az

Azərbaycanda dünyada analoqu olmayan nağıl süjetləri aşkar olunub

Azərbaycanda dünyada analoqu olmayan nağıl süjetləri aşkar olunub

Təhsil

5 Fevral 2015, 11:25

Akademiyanın  Folklor İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi” layihəsinin 2014-cü il mərhələsi başa çatıb.

  Qeyd edək ki, layihə çərçivəsində bölgədən toplanılmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr və s. sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılıb.  

Modern.az xəbər verir ki, araşdırmalarda  ilk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilib, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb. 

Müəyyən edilib ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq “Aarne-Tompson Kataloqu”nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.  

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir