Modern.az

Ermənistanda sığınacaq almış azərbaycanlı ailə Yerevanı tərk edib

Ermənistanda sığınacaq almış azərbaycanlı ailə Yerevanı tərk edib

Təhsil

5 Fevral 2015, 12:14

Ermənistanda siyasi sığınacaq almış Azərbaycan vətəndaşı Cavid Orucovun ailəsi ötən ilin dekabr ayında ölkəni tərk edib. Bu haqda  Ermənistan Miqrasiya Xidmətinin rəisi Qaqik Yeğanyan “News.am”a məlumat verib.

Qaqik Yeğanyan Orucovların hara getdiyini açıqlamayıb.

Xatırladaq ki, 2014-cü ilin yanvar ayında arvadı və üç kiçik yaşlı uşağı ilə Azərbaycanı tərk edərək, Ermənistansa siyasi sığınacaq almış Cavid Orucov bir müddət əvvəl Yerevanda yaşayışın çətin olmağından şikayətlənirdi.
C.Orucov ailəsilə birgə Yerevandakı yataqxanaya sığınmışdı.  Onlar BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyirdilər.

O, üçücü ölkəyə getmək istəyini belə ifadə etmişdi: “Mənim üçün fərqi yoxdur, hara olur, olsun, təhlükəsiz bir yer olsun”.

1976-cı il təvəllüdlü Cavid Orucov bu addımını vətənində təqib olunması ilə izah edib. İddia edib ki, erməni əsilli Röya Mirzəyeva ilə ailə qurduğu üçün guya, xüsusi xidmət orqanları ona təzyiq ediblər. Ancaq sonradan Orucovun anasının Azərbaycan KİV-lərinə müsahibələrindən məlum olub ki, oğlu heç də təzyiqlərə görə bu addımı atmayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir