Modern.az

Mehman Əliyev: “Müsavatda baş verənlər mənim üçün maraqlı deyil”

Mehman Əliyev: “Müsavatda baş verənlər mənim üçün maraqlı deyil”

Təhsil

5 Fevral 2015, 12:23

“Təbii ki, Müsavat Partiyasında fikir ayrılıqları mövcuddur. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə Müsavat başqanı Arif Hacılı arasında deyilənə görə nəsə baş verir”.
Bunu Modern.az-a açıqlamasında “Turan” informasiya agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyev deyib.

O, Müsavatda baş verənlərdən tam məlumatlı olmadığını bildirib.

“Açığı, hər kəs Müsavat daxilində nələrinsə baş verməsindən danışır. Amma nədən danışdıqları haqqında sizə heç nə deyə bilməyəcəm. Müsavat da digər partiyalar kimi bir partiyadır. Bu gün onun müxalifət daxilində nüfuzunun qalıb-qalmaması barədə soruşursunuz.  Məncə, Müsavat heç də zəif partiya deyil. Əgər bir partitada fikir mübadiləsi, diskussiya  aparılırsa, bu o deməkdir ki, o partiya nüfuzdan düşür?!.

Sadəcə, Müsavat Partiyasında kim-kimə nə deyir bunun mənə dəxli yoxdur. Siz dayanmadan mənə suallar verirsiniz. Hər halda, partiyanı izlədiyinizdən məlumatınız var. Mən isə Müsavatı və orda baş verənləri izləmirəm. İzləmirəmsə, məndən nəyi soruşmaq istəyirsiniz  Əgər bir partiya daxilində fikir ayrılıqları varsa, bu, normaldır. Yenə deyirəm, Müsavatda nə baş verirsə, mənim üçün maraqlı deyil. 

İnanın ki, bu barədə heç bir məlumatım yoxdur”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir