Modern.az

1 iyuldan Azərbaycanda bəzi xəstələrə nikaha daxil olmaq QADAĞAN olunacaq

1 iyuldan Azərbaycanda bəzi xəstələrə nikaha daxil olmaq QADAĞAN olunacaq

Təhsil

5 Fevral 2015, 12:38

Azərbaycan Respublikasının Ailə Məcəlləsində edilən dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bunun nəticəsində nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış verilir. Lakin qanunun qısa müddətdə qəbul olunması və müvafiq struturların buna hazır olmaması nəzərə alınaraq vaxt 1 iyula qədər uzadılıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, qanun tətbiq olunmağa başlayana qədər xəstəliklər, əməliyyatın aparılması prosesi müəyyənləşdirilir. Həm Nazirlər Kabineti, həm Səhiyyə Nazirliyi, həm də VVAQ şöbələrində kompleks tədbirlər həyata keçirilməlidir ki, məsələ yüksək şəkildə öz həllini tapsın. Çünki əvvəl vaxt az verilmişdi. Hesab edirəm ki, indi məsələni həll etmək üçün kifayət qədər vaxt var. Və əminəm ki, hər bir struktur işə məsuliyyətlə yanaşacaq”.

Komitə sədri onu da vurğulayıb ki, hər hansı bir VVAQ şöbəsi 1 iyula qədər nikaha daxil olanlardan tibbi arayışı tələb edə bilməz.

Mili Məclis üzvü,  “hər hansı xəstəliyə görə nikaha daxil olmaya qadağa qoyulacaqmı” sualına cavab olaraq deyib ki, qadağa yalnız anlaqsızlığa görə olacaq. Ruhi xəstəyə evlənməyə icazə verilmir.

“Təhlükəli viruslar aşkar edildikdə isə evlənmələrinə icazə veriləcək, amma xətəliyin müalicəsi tövsiyə ediləcək. Əgər bir şəxs sevir və xəstə olmasına baxmayaraq ailə qurmaq istəyirsə ona mane ola bilmərik”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir