Modern.az

Balakəndə məhkəmə zalında törədilən qətillə bağlı cinayət işi açılıb

Balakəndə məhkəmə zalında törədilən qətillə bağlı cinayət işi açılıb

Təhsil

5 Fevral 2015, 12:38

Fevralın 4-də Balakən rayon məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi  qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmış və orada aldığı xəsarətlərdən ölüb.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fakta əsasən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir