Modern.az

Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb - FOTO

Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb - FOTO

Təhsil

5 Fevral 2015, 12:40


Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.

Modern.az xəbər verir ki, fakültənin IV kurs tələbələri ilə görüşən Ceyhun Musaoğlu müstəqil medianın formalaşması, müasir durumu barədə danışıb. Xəbəri  jurnalistikanın ən çətin janrı hesab edən C.Musaoğlu jurnalist olmaq istəyən tələbələrin daha çox nəzəriyyə ilə yüklənməsinə diqqət çəkib, jurnalist üçün fikrin dəqiqliyi, obyektivliyi məsələlərinə toxunub. JEM rəhbəri həm də vətəndaş jurnalistikası və onun əskik tərəflərini tələbələrə izah edib. Görüşdə Ceyhun Musaoğlu fakültə tələbələrinin suallarını dinləyib və ətraflı cavab verib.     Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir