Modern.az

Con Kerri Kiyevdə səfərdədir

Con Kerri Kiyevdə səfərdədir

Təhsil

5 Fevral 2015, 14:27


ABŞ dövlət katibi Con Kerri Ukraynaya səfər edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Con Kerrini gətirən təyyarə Kiyevdəki “Borispol” hava limanında eniş edib.

Səfər çərçivəsində Kerrinin prezident Pyotr Poroşenko, baş nazir Arseni Yatsenyuk, xarici işlər naziri Pavel Klimkin və Ali Radanın deputatları ilə görüşü nəzərdə tutulub. Görüşlərdə Ukraynada keçirilən islahatlar və ölkənin şərqində davam edən anti-terror əməliyyatlarının perspektivləri müzakirə olunacaq.

Ukraynadakı görüşlərdən sonra Con Kerri fevralın 6-8 də keçiriləcək Münhen Sülh Konfransında iştirak etmək üçün Almaniyaya yol düşəcək. O, konfrans çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcək.    

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir