Modern.az

Deputat fermerlərə tövsiyələr verdi - FOTOLAR

Deputat fermerlərə tövsiyələr verdi - FOTOLAR

7 Fevral 2015, 13:36

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Lənkəranda aqrar sahədə fəaliyyət göstərən bir qrup seçicisi ilə təsərrüfat sahəsində görüşüb. Millət vəkili fermerlərin qış qayğıları ilə maraqlanıb, onların arzu və təkliflərini dinləyib, özünün bir sıra tövsiyələrini verib.

Bildirib ki, bu il yanvar ayının 27-də “Reqionların sosial iqtisadi inkişafı” Dövlət Proqramının bir illik icrası ilə bağlı prezident İlham Əliyev kənd təsərrüfatı işçiləri qarşısında mühüm vəzifələr qoyub, onlar üçün hər cür şaraitin yaradılması, torpaqlardan səmərəli istifadə olunması və heyvandarlığın inkişah etdirilməsi əlaqadər təşkilatlara bir vəzifə kimi tövsiyyə olunub.

Görüş zamanı fermerlər rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə görə razılıq edib, bu diqqət  və qayğı  üçün  ölkə başçısına  öz dərin minnətdarlıqlarını bildiriblər.






Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir