Modern.az

Sərdar Cəlaloğlu: “Rəsulzadəyə heykəl qoyulması üçün müraciət etmərəm”

Sərdar Cəlaloğlu: “Rəsulzadəyə heykəl qoyulması üçün müraciət etmərəm”

7 Fevral 2015, 14:24

“Heç vaxt Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyulması üçün müraciət etmərəm. Çünki mənası yoxdur”. Bunu Modern.az saytına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, iqtidarın Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymaması, xatirəsini əbədiləşdirməməsi tək Rəsulzadəyə yox, bütünlükdə demokratik tarixə münasibəti bildirir: “Bu gün ölkədə demokratikləşmə aparılmadığı halda demokratik idealların və dəyərlərin dövlət səviyyəsində müzakirə olunmasını gözləmək olmaz. Biz hansı ağılla deyə bilərik ki, gəlin demokratik cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyun?! Buna görə də müraciət mənasızdır.

Heykəl qoymaq, xatirəni əbədiləşdirmək iki cür - maddi və mənəvi şəkildə olur. Zənnimcə, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının beyninə, qəlbinə qayıdıb. Bunun hansı şəkildə olması bir o qədər də əhəmiyyət kəsb etmir. Dünyanın ən varlı adamı Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun qəbrinə hətta baş daşı da qoymadılar. Amma Azərbaycanda yeməyə pul tapmayan bir adam atasına 100 min dollarlıq qəbirüstü abidə düzəldir. Bu heç nəyi ifadə etmir”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir