5 fevral 2015-ci il tarixində Vatikanda Avropa və Latın Amerikasından olan və təhsil sahəsində mühüm yeniliklərlə yadda qalmış bir çox elm xadimlərinin iştirakı ilə “Scholas” IV Ümumdünya Təhsil Konqresi keçirilib.
Modern.az saytının məlumatına görə, adı qeyd olunan tədbirdə azərbaycanlı gənc Orxan Nəbiyev Roma Papası (katolik xristianlarının rəhbəri) Françesko ilə görüşüb.
Azərbaycanlı gənc görüş təəssüratlarını belə bölüşüb:
“Vatikanda tədbirə qatıldım. Tədbirin sonunda xristian dünyasının bir nömrəli şəxsi ilə görüşmək imkanım oldu. Dünyada sülhə və əminamanlığa çağırış etdik. Papa çox sadə və təvəzökar insandır.”
Qeyd edək ki, Orxan Nəbiyev İtaliyanın Sapienza Universitetində magistr təhsili alır.
Modern.az