Modern.az

Daha bir nəfər Müsavat sıralarından xaric edildi

Daha bir nəfər Müsavat sıralarından xaric edildi

7 Fevral 2015, 20:45


07 fevral 2015-ci il tarixdə Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilb.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Məlumata görə, toplantıda Müsavat Partiyası Ağdam rayon təşkilatının üzvü Əlövsət Sadıqlının partiyanın VIII Qurultayının nəticələrini şübhə altına alan, seçilmiş partiya strukturlarının və onların qəbul etdiyi sənədlərin saxta olması barədə apardığı təbliğat kampaniyası, partiya strukturlarının legitimliyinin qəbul etməməsi barədə açıqlamaları, partiya rəhbərliyinə, partiya strukturlarına qarşı böhtan və təhqir xarakterli müntəzəm çıxışları, MNTK-ya alternativ struktur yaratmaq cəhdi və digər məsələlər özünün iştirakı ilə müzakirə edilib.  

MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü Əlövsət Sadıqlının Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndinin və Programının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib.

Ötən gün Müsavat Partiyası Divanının qərarına əsasən, Qubad İbadoğlu da təşkilat sıralarından edilib. 

Modern.az 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir