Fransua prezidenti Fransua Ollandla Almaniya kansleri Angela Merkelin Pusiya ilə Ukraynanın dövlət başçıları Vladimir Putin və Pyotr Poroşenko ilə görüşünün fevralın 11-də Minskdə keçirilməsi planlaşdırılır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kanslerinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.
Onun sözlərinə görə, 4 ölkənin lideri arasında fevralın 8-də səhər telefon danışığı olub, ancaq bu haqda ətraflı məlumat verilmir. Zaybert deyib ki, gələn həftənin əvvəlində üçtərəfli əlaqə qrupunun iclası planlaşdırılıb.
Modern.az