Moskvada polis əməkdaşları məktəblinin oğurlanmasında şübhəli bilinən 2 Ermənistan vətəndaşını yaxalayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, hüquq-mühafiqə orqanlarından verilən məlumata görə, fevralın 7-də axşam saatlarına Kapotnya rayonunda ermənilər oğlan uşağını döyüb avtomobilə mindirərək naməlum istiqamətə aparıblar. Bundan sonra məktəblinin dostlarından birinə zəng edərək onun azad olunması müqabilində 100 min rubl tələb ediblər, oğlanın özünü isə pul toplamaq üçün buraxıblar. Yeniyetmə kömək üçün polisə müraciət edib, bazar günü Sovxoznı küçəsində 2 Ermənistan vətəndaşı saxlanılaraq bölməyə gətirilib. Oğurluqda təqsirkar bilinən ermənilərin adları hələ ki açıqlanmır.
Modern.az