Modern.az

“Vasif Talıbov düzgün qidalanan üç-dörd məmurdan biridir”

“Vasif Talıbov düzgün qidalanan üç-dörd məmurdan biridir”

Təhsil

8 Fevral 2015, 22:06

”Naxçıvan MR-in rəhbəri Vasif Talıbovun ağır xəstə olması barədə yazıları oxumamışam, o yazıların təfsilatından da bixəbərəm. Lakin canlı şahidi olduğum həqiqət ondan ibarətdir ki, Vasif müəllim Azərbaycanın dövlət xadimləri arasında bəlkə də üç-dörd kişidən biridir ki, ona pinti mədə deyil, zəka rəhbərlik edir”.

Modern.az-ın məlumatına görə, bunu sağlam qidanlanmanın təbliğatçısı, “Möcüzəsiz möcüzə” kitabının müəllifi, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin
rəhbəri Ərşad Əzimzadə bildirib.

Ə.Əzimzadənin sözlərinə görə, Vasif Talıbov, uzun illərdir sağlam həyat tərzi keçirir:

”O, düzgün qidalanır, qidada ləzzət yox, fayda axtarır. Məhz bunun nəticəsidir ki, Vasif müəllim toy və yas mərasimlərində açılan süfrələrin sadələşdirilməsi, sağlamlaşdırılması tədbirini Naxçıvanda həyata keçirib, ifrat israfçılığa zərbə vurub. Başqa regionda belə faydalı tədbirə rast gəlmək olmur…
…Keçirdiyi sağlam həyat tərzi, gördüyü faydalı işlərdən aldığı zövq imkan verməz ki, Vasif müəllimin cismində və ruhunda hansısa bir ciddi fəsad baş qaldırsın. Tam əminəm ki, onun ağır xəstə olması barədə yazılanlar şayiədir, bu işgüzar insanın bədxahlarının quru uydurmasıdır”.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə Naxçıvan MR-in Ali Məclisinin sədri V.Talıbovun xəstələnməsi ilə əlaqədar Bakıya gətirildiyinə dair məlumatlar yayılıb. Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov isə xəbəri təkzib edib.


A.Qorxmaz 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir