Modern.az

Hadi Rəcəbli seçicilərinin problemlərini dinləyib - FOTO

Hadi Rəcəbli seçicilərinin problemlərini dinləyib - FOTO

Təhsil

9 Fevral 2015, 10:02

Millət vəkili Hadi Rəcəbli bu günlərdə Lənkəranda seçiciləri ilə görüş keçirib. Modern.az xəbər verir ki, seçicilərin çox saylı  müraciətləri əsasında baş tutan görüşdə deputat rayon sakinlərinin bir qrupunu qəbul edərək dinləyib.

Gərmətük qəsəbə  sakini Habil Məmmədov kənd ara yollarının  təmir olunması, Günəhir kənd sakini Müşfiq Səfərov, Göyşaban kənd sakini Ülviyyə Əlizadə işlə təmin olunmasına köməklik göstərilməsi, Haftoni qəsəbə sakini Rasim Əzimzadə, Şağlakücə kənd sakini Mais Mirzəyev  sosial yardımın alınması ilə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb.

Müşfiq Səfərov və Ülviyyə Əlizadə özəl firmalarda işlə təmin olunublar. Sosial yardımla bağlı  ƏƏSMN-nın yerli şöbəsinin rəhbərliyi ilə  danışılıb və  müraciət edənlərə  tövsiyyə olunb ki,  sənədlərini qanunamüvafiq  hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin yerli şöbəsinə təqdim etsinlər.

Müraciət edənlər ölkədə gedən sosial-iqtisadi inkişafı xüsusi vurğulayaraq cənab Prezident İlham Əliyevə  öz minnətdarlıqlarını bildirib və deputatla geniş fikir mübadiləsi də aparıblar.

Ümumilikdə gün ərzində 32 nəfər seçici və vətəndaş qəbul olunub, onların müraciətlərinə baxılıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir