Modern.az

Şeir söyləməkdən utanmayanlar - FOTO

Şeir söyləməkdən utanmayanlar - FOTO

Təhsil

8 Fevral 2015, 17:54

Park Bulvar AVM yeni bir ənənənin təməlini qoyub. Belə ki, bu məkanda şeir həvəskarları üçün “Poeziya Günü” təşkil edilir. Arzu edənlər sevdikləri şerlərlə Park Bulvar AVM-ə gəlir, söhbət edir, müzakirələr aparır və bir-birlərinə şer söyləyirlər.

“Əli və Nino” Kitab Evinin endirimli yarmarkası ilə müşayət olunan poeziya dəqiqələri bu dəfə də maraqlı anlarla yadda qalıb. Natella Kərimovanın aparıcılıgı ilə keçən ikinci görüşə gələnlər arasında tanınmış simalar – İlhamiyyə Rza, Zöhrə Əliyeva, Sevinc Çılğın, Şəfa Mehmanqızı, Nəriman Əbdülrəhmanlı, Nadir Qocabəyli, Sevinc Elsevər, Əziz Rzabəyli, Kamran Razmovar, Rena Yuzbaşı, Səriyyə Dadaşova ilə yanaşı öz fikirlərini şerlə ifadə etməkdən çəkinməyən başqa insanlar da iştirak edib.

Park Bulvar AVM-in mətbuat xidmətinin rəhbəri Günay Malikqızı qeyd edir ki, “Poeziya Günü”nə gənclər də maraq göstərib: “Diqqətimizi çəkən məqam gənclərin də maragı, onların məhz belə arena axtarışında olduqlarını görmək oldu. Uşaqlar isə görüşə gələn hər bir iştırakçıda sevinc və qürur hissi oyatdı. Artıq “Poeziya Gün”lərində müsabiqələr keçirilir, qaliblərə hədiyyələr təqdim olunur. Belə görüşlər mütəmadi olaraq təşkil ediləcək”.


Fərəh Əliyeva

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir