Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiyaya getmədən öncə Atatürk Hava Limanında jurnalistlərə açıqlama verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan ölkə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın vəzifəsindən istefa verməsinə münasibət bildirib.
O qeyd edib ki, Hakan Fidanın millət vəkilliyinə namizəd olmasına müsbət yanaşmır. “Açıq danışıram, mən onun namizədliyinə müsbət baxmıram. Bunu baş nazirə də dedim. Amma onun namizədliyini qəbul etmək cənab baş nazirin öz işidir”,-deyə Türkiyə prezidenti söyləyib.Qeyd edək ki, MİT rəhbəri Hakan Fidan qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyinə görə tutduğu yüksək vəzifədən istefa verib.
Aqşin Kərimov