Modern.az

Futbol meydançasında qətliam: 22 nəfər ölüb - FOTOLAR

 Futbol meydançasında qətliam: 22 nəfər ölüb - FOTOLAR

Təhsil

9 Fevral 2015, 10:27


Misirin paytaxtı Qahirədə “Zamalek” ilə “Enppi” komandaları arasında oynanan futbol matçı ərəfəsində polislə tərəfdarlar arasında baş verən qarşıdurmada ən az 22 adam həyatını itirib.

  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir 2012-ci ildəki Port Said hadisələrindən bu yana ən böyük futbol faciəsi ilə üz-üzə qalıb. İki Qahirə komandası arasında oynanan matçın əvvəlində, stadiona biletsiz girmək istəyən “Zamalek” tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Prokurorluğun verdiyi məlumata görə, hadisələrdə ən azı 22 adam həyatını itirib. Səhiyyə Nazirliyinin mətbuat katibi ən azı 20 adamın da yaralandığını açıqlayıb.  

Misir Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama verib: “30 iyun Hava Qüvvələri Stadionundakı matçı izləmək üçün çox sayda “Zamalek” tərəfdarı gəlib və qapıları güc tətbiq edərək aşmaq istəyiblər. Təhlükəsizlik gücləri, təsislərə edilən bu hücumun qarşısının alınması üçün müdaxilə edib”.  

Şahidlərin sözlərinə görə, çox sayda adam polisin atdığı bibər qazı sonrası yaranan izdihamda əzilib. İtkinlərinin çoxu bu zaman meydana gəlib.

“Zamalek” Misir çempionatında liderdir, “Enppi” isə ikinci sıradadır. Oyun faciəli hadisəyə baxmayaraq yarım saat gecikmə ilə keçirilib və 1:1 hesabı ilə başa çatıb.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir