Modern.az

Əcnəbi musiqiçilər Xankəndidə konsert verdi

Əcnəbi musiqiçilər Xankəndidə konsert verdi

Təhsil

9 Fevral 2015, 11:00

“Sülh naminə musiqi” beynəlxalq layihəsinin iştirakçıları Dağlıq Qarabağda konsertlə çıxış ediblər.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Xankəndidə baş tutan konsertdə Rusiyadan olan pianoçu Martiya Nemtsova, saksafonçu Vitali Vatula, Dmitri Uvarov, Yevgeni Novikov və argentinalı ifaçı Xuan Manuel Dominqes çıxış ediblər.

“Sülh naminə musiqi” layihəsinin rəhbərlərlərindən olan Mariya Nemtsova Azərbaycanın işğal altındakı əzəli torpaqlarına artıq ikinci dəfə səfər etdiklərini və gələn il də beynəlxalq layihə çərçivəsində bölgədə konsert verməyi planlaşdırdıqlarını deyib.

“Sülh naminə musiqi” layihəsi 2011-ci ildən mövcuddur və bu dövrdə 15-dən artıq ölkədə konsert proqramı ilə çıxış ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir