Modern.az

Bərzani: “Öcalanla yazışıram”

Bərzani: “Öcalanla yazışıram”

Təhsil

9 Fevral 2015, 11:07


İraqın kürd muxtariyyətinin lideri Məsud Bərzani Londonda yayımlanan “Əl-Həyat” qəzetinə müsahibəsində Abdulla Öcalanla əlaqələrindən danışıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Məsud Bərzani PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla yazışdığını bəyan edib.

O bildirib ki, yazışmalarda Öcalanla gündəm məsələləri ilə bağlı fikir mübadiləsi aparır.

Məsud Bərzani söyləyib ki, Öcalan ondan bəzi məsələlərdə kömək istəyir. Məsud Bərzani İraqın kürd muxtariyyəti rəhbərliyindən getmək istədiyini də bəyan edib:

“Gerçək hisslərim budur ki, bu vəzifəni başqasına həvalə edim. Bir müddət sonra vəzifəmdən ayrılmaq istəyirəm, amma xalq bunu arzu etmir”.

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir