Modern.az

Qırğızıstanın müdafiə naziri Zakir Həsənovla görüşə gəlir

Qırğızıstanın müdafiə naziri Zakir Həsənovla görüşə gəlir

Təhsil

9 Fevral 2015, 12:10


Fevralın 10-da Qırğızıstan Respublikasının Müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Modern.az xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Qırğızıstan Respublikasının Müdafiə naziri A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir