Ermənistanın İraq Kürd Muxtariyyət mərkəzi Ərbildə konsulluq açma niyyəti və bu ayın sonundan etbarən İrəvan- Ərbil istiqamətində işə düşəcək təyyarə reysləri bölgədə yaşayan azsaylı ermənilərin diaspor ətrafında daha da sıx birləşməsinə səbəb olacaq. Qondarma soyqırımı iddiaları ilə “100 illik” tədbirlərə hazırlaşan Ermənistan bir sıra tarixi həqiqətləri bilərəkdən yanlış istiqamətə yönəldir.
Ermənilərin Türkiyə, İraq, Suriya və İranda yaşayan kürdlərlə olan əlaqələri elə bil şəkildə təbliğ edirlir ki, sanki II Əbdülhəmidin dövründə yaradılan və kürdlərdən təşkil edilən “Həmidiyyə alayları” ilə onlar döyüşməyib və kürd kəndlərini vəhşiliklə məhv etməyiblər.
Özlərini dünyaya əzilmiş və məzlum bir xalq kimi qəbul etdirməyə çalışan erməni siyasəti lobbi və diasporunun güclü dəstəyi ilə az qala bütün yalanlarını dünyaya həqiqət kimi sırıyırlar.
Regionda burnu belə, qanamayan erməniləri dünyaya elə bir səpkidə təqdim edirlər ki, guya bunlar insanlıq dramı yaşayıb.
İŞİD təhlükəsi yarandığı andan Ermənistan Suriya və İraqdakı ermənilərin təhlükəsizliyini təmin etmək adı altında onları vətəndaşlığa götürəcəyini və Ermənistan vətəndaşları kimi pasportlara malik olacağını açıqlamışdı. Təbii ki, əsas məqsəd ermənilərlə yanaşı, kürdləri də işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək, kürdlərdən cəmləşmiş bir bölgə yaratmaqdır.
Təsadüfi deyil ki, Laçının işğalından sonra ermənilər Vəkil Mustafayev kimi xəyanətkar şəxslərdən istifadə edərək, “Laçın Kürd Respublikası” adlı qondarma bir qrum yaradıldığını elan etmişdilər.
Məqsəd bölgədə yaşayan Azərbaycan kürdləri ilə azərbaycanlılar arasında parçalanma yaratmaq, Qarabağın dağlıq hissəsindən qıraqda qalan Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan kimi rayonlarda kürd anklavı təşkil etmək idi.
Lakin Azərbaycanda yaşayan kürdlər müharibə zamanı ölkəmizdən bir addım belə, uzaqlaşmadı, əksinə, ermənilərə qarşı birgə döyüşdülər, şəhid oldular. Ermənilərin bu planı baş tutmadı.
İndi Ermənistan İraq Kürd Muxtariyyətında konsulluq açmaq niyətindədir.
Hazırda Ərbil İraq Kürd Muxtariyyətinin mərkəzi şəhəri olmaqla, 7 kvartala ayrılır: Qala (Saray , Topxana və Təkkiyə bölümlərindən ibarətdir), Təcil İslam, Təcil Yəhud, Ərəb Məhəlləsi, Tayrava, Seydava və Xanagah.
İndi Ərbil şəhərinin 1/3 hissəsini rəsmən türkman adlandırılan türklər təşkil edir ki, onlar da kompakt şəkildə Qala kvartalında yaşayırlar. İŞİD işğalından sonra Mosul və digər İraq şəhərlərində yaşayan türkmanlar İraqın digər bölgələrindən fərqli olaraq, yüksək təhlükəsizliyin təmin edildiyi Ərbilə kütləvi şəkildə köç edirlər.
İraqın şimalından başlayaraq Telafer, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Xaneqin, Vasit və Bağdadın cənub- şərqində yerləşən Bedra qəsəbəsinə qədər uzanan, sayları 3 milyondan çox olan türkmanlar regionda həm tarixən, həm də hal-hazırda ən çox zülmə və soyqırımlara məruz qalan xalqlardan birincisidir.
Bu gün Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır.
Bəlkə də bu baxımdan Ərbildə konsulluq aşmaq ümumi siyasətimizə ziddir. Ancaq o da nəzərə alınmalıdır ki, dünyanın böyük kəsimi İraq Kürd Muxtariyyətini tanıyır.
İş o yerə gəlib ki, Ermənistan da orada konsulluq açmaq istəyir. Halbuki o torpaqlar da türklərin tarixi əraziləridir.
Ən azından biz də orada yaşayan soydaşlarımızla əlaqə qursaq, soydaşlarımızın inteqrasiyası baxımından daha çox qazana bilərik.
Şahin Qocayev