Prezident İlham Əliyevin “Qızıl Aypara gününün təsis edilməsi haqqında” 7 aprel 2008-ci il tarixli sərəncamına uyğun olaraq, hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
2015-ci il martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyi tamam olur.
Cəmiyyətin bu şanlı 95 illik yubileyi münasibətilə humanitar təşkilatın ünvanına təbrik məktubları daxil olmaqda davam edir.
Modern.az-ın məlumatına görə, qurumu ilk təbrik edənlər sırasında Milli Məclisin sədri Oqtay Əsədovun və milli təhlükəsizlik naziri Eldar Mahmudov da var.