Modern.az

Üzeyir bəyin naməlum əsərləri kitablaşdırılıb

Üzeyir bəyin naməlum əsərləri kitablaşdırılıb

9 Fevral 2015, 14:57

Araşdırmaçı Aslan Kənan böyük bəstəkar və publisist Üzeyir bəy Hacıbəylinin indiyə qədər naməlum qlan əsərlərini bir yerə yığaraq kitab halında çap edib.

Bu barədə Modern.az-a məlumat verən araşdırmaçı Aslan Kənan Üzeyir bəyin “Azərbaycan” qəzetindəki naməlum yazılarını ilk dəfə əski əlifbadan latına çevirərək publikaya çatdırmaq istədiyini qeyd edib.

“Bayrağımız sarsılmaz” adlanan kitabda önəmli hissələrdən biri də Üzeyir bəyin ömrünün axırına qədər qürbətdə yaşamağa məcbur olan qardaşı Ceyhun bəyə yazdığı və ondan cavab aldığı məktublardır. Böyük emosional təsir gücünə malik olan bu məktublaşmalar ilk dəfə olaraq bu kitabda üzə çıxarılıb.

Üzeyir bəyin heç yerdə çap olunmayan felyoton, məqalə və məktublarından ibarət kitab Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çap edilib.

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir