Modern.az

“Ermənilərə anlatmalıyıq ki, övladlarını Qarabağa göndərməsinlər” - Prezidentin çıxışına ŞƏRH

“Ermənilərə anlatmalıyıq ki, övladlarını Qarabağa göndərməsinlər” - Prezidentin çıxışına ŞƏRH

Təhsil

9 Fevral 2015, 15:32


Fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda iştirak edib.

Tədbir çərçivəsində prezident Dağlıq Qarabağ münaqişəsi, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinə hörmət edilməməsinə, beynəlxalq hüququn pozulması, eləcə də son vaxtlar cəbhə xəttində yaranan gərginlik barədə bir sıra məsələlərdən danışıb.

Bu bəyanatlardan sonra nəyin dəyişəcəyini gözləmək olar?

Hərbi ekspert Üzeyir Cəfərli Modern.az saytına ölkə başçısının çıxışından xəbərdar olduğunu bildirib: “Prezidentin erməni jurnalistinin sualına cavabı da əslində normal insana deyiləsi bir cavabdır. Amma inanmıram ki, erməni bunu anlasın və yaxud dərk etsin. Dərk etsəydilər 20 ildən artıqdır bizim torpaqları işğal altında saxlamazdılar. Çox təssüflər olsun ki, beynəlxalq qurumlar ermənilərin nazı ilə oynayır.

Hesab edirəm ki, biz bu istiqamətdə işlərimizi gücləndirməliyik ki, ermənilər birdəfəlik anlasınlar, nə qədər onlar bizim torpaqlarımızda işğalçılıq siyasətini davam etdirəcək bir o qədər də əsgər- zabit itirəcəklər. Ölkə başçısının sözlərindən sonra işimizi elə qurmalıyıq ki, erməni ictimiyyəti anlasın ki, oğullarını işğal olunmuş Azərbaycan torpaqlarında göndərməsinlər. Təbliğat işimizi bu istiqamətdə gücləndirməliyik.

Ölkə başçısının Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxış bir növ mətbuat üçündür. Əlaqədar qurumlar üçün bu bir proqram xarakteri daşımamaqdadır. Bu çıxışın davamı gəlməlidir. Media qurumları da bu istiqamətdə təbliğat işlərini gücləndirməlidirlər. Ermənilərə davamlı olaraq başa salmalıyıq ki, övladlarını işğalçılıq misyasından çəkindirsinlər. Əks təqdirdə, onların çətinlikləri artan xətt üzrə davam edəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az saytına bildirib ki, bu çıxışın vəziyyəti dəyişməyə heç bir aidiyyətı yoxdur: “Çıxışlarla vəziyyəti dəyişmək mümkün deyil. Torpaqlarımız işğal olunandan bəri 20 ildir bəyanatı bəyanat arxasınca veririk. Bu, sadəcə həqiqətlərin çatdırılması istiqamətində atılan addımlardan biridir. Müsbət dəyərləndirirəm, amma dünya bu həqiqətləri bilir. Sadəcə məsələnin həllinə hər kəs öz marağı kontekisindən yanaşır. Buna görə də problem həll olunmur. Çalışmalıyıq ki, tərəfləri maraqlandıran siyasəti ortaya qoya bilək. Hər kəsin bu məsələdə maraqları olsun və bu maraqlar çərçivəsində də bizə dəstək olsun”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir