Modern.az

İŞİD-in Əfqanıstandakı komandiri öldürüldü

İŞİD-in Əfqanıstandakı komandiri öldürüldü

9 Fevral 2015, 16:16


Əfqanıstanda pilotsuz uçan təyyarə ilə (PUA) təşkil edilən hücum zamanı İŞİD-in bölgədəki komandiri öldürülüb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə İŞİD-ə bağlılığını elan edən köhnə Taliban komandiri Molla Əbdülrauf öldürülüb. Helmand əyalətinin rəhbərlikləri və tayfa liderləri, Əbdülraufun da içində olduğu avtomobilin çölü keçərkən vurulduğunu bildiriblər. Avtomobildə ümumi altı nəfərin olması haqqında məlumatlar var.

2001-ci ildən etibarən ABŞ tərəfindən həbs edilərək, altı il müddətində Quantanamoda qalan Əbdülraufun Taliban lideri Molla Ömərlə ziddiyyətləri yaranmış və sonda keçən ay Talibandan ayrılaraq İŞİD-ə bağlılığını elan etmişdi.

İŞİD də öz növbəsində Əbdülraufu Xorasanda ikinci nömrəli şəxs kimi bəyan etmişdi.  

Qeyd edək ki, köhnə Taliban komandiri Molla Əbdülrauf Helmand əyalətində İŞİD üçün adam toplayırdı.

Şahin Qocayev

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir