Suriyadan olan bir qrup haker Türkiyənin keçmiş prezidenti Abdulla Gülün və keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın, eləcə də hökumət üzvlərinin çoxunun poçtunu sındıraraq oradakı məktubları çap ediblər. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Suriyanın elektron ordusu” haker qrupu Ərdoğandan başqa müdafiə nazirinin, xarici işlər nazirinin 2011-2013-cü illərdəki məktublarını yayıblar.
Suriyalı hakerlər bundan əvvəl Səudiyyə Ərəbistanı və Qətərin dövlət orqanlarının da electron poçtlarını sındıraraq çoxsaylı məktubları çap etmişdilər.
Modern.az