Rusiya paytaxtının Domodedovo şəhər dairəsində yük maşınının sürücüsünə qarər məqsədilə hücum etməkdə şübhəli bilinən 35 yaşlı Azərbaycan və 40 yaşlı Ermənistan vətəndaşı saxlanılıblar.
Modern.az Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, polis müyyən edib ki, 2014-cü il noyabrın 11-də M4 “Don” avtomobil yolunun 39-cu kilometrliyində şübhəlilər 32 yaşlı Ukrayna vətəndaşının idarə etdiyi yük maşınını saxladıb tapança və bıçaqla hədə-qorxu gələrək 2,5 milyon rublluq malı qarət ediblər.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi qaldırılıb. Təqsirləri sübut olunarsa, hər iki şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilərlər.Modern.az