Modern.az

Qərb liderlərinin Ağ Evdən Ukrayna BƏYANATI

Qərb liderlərinin Ağ Evdən Ukrayna BƏYANATI

9 Fevral 2015, 21:32


ABŞ Ukraynadakı böhranın diplomatik həllinə təkid edir. Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

O, Almaniya kansleri Angela Merkellə birgə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Ukrayna ilə bağlı diplomatik təkid etmə siyasətini davam etdirəcək.

Almaniya kansleri Angela Merkel də bəyan edib ki, Ukrayna böhranının tənzimlənməsi ilə bağlı diplomatik səylərini davam etdirirlər.

Qeyd edək ki, fevralın 6-da Moskvada səfərdə olan Fransa prezidenti Fransua Ollandla Almaniya kansleri Angela Merkel Rusiya lideri Vladimir Putinlə görüşüb. Liderlərin 5 saat davam edən görüşündə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi ilə bağlı olub.    

Lakin Angela Merkel bu görüşdən sonra bəyan edib ki, Ukrayna münaqişəsinin həll olunmasına ümid etmək çətindir.

Fransa prezidenti Fransua Olland isə Moskva görüşünü son şans kimi dəyərləndirib və müharibənin qaçılmaz olduğu anonsunu verib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir