Modern.az

Avropa çempionatında Azərbaycan 30 taekvondoçu ilə təmsil olunacaq

Avropa çempionatında Azərbaycan 30 taekvondoçu ilə təmsil olunacaq

9 Fevral 2015, 22:25

Fevralın 10-11-də Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublar arasında üçüncü Avropa çempionatı keçiriləcək.

Avropa Taekvondo Birliyi (ATB) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil ediləcək “G1” kateqoriyalı yarışda Azərbaycanın taekvondo klublarının idmançıları da iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından Modern.az-a verilən məlumata görə, yarışda taekvondo klublarından Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətindən (4), eləcə də “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7), “Fateh” (3) və “Sumqayıt” (10) klublarından ümumilikdə 30 taekvondoçu tatami üzərinə çıxacaq.

İdmançılarımız Avropa çempionatından sonra - fevralın 12-dən 15-dək Dünya Taekvondo Federasiyası və TTF tərəfindən təşkil ediləcək “G1” kateqoriyalı ikinci “Turkish open” turnirində güclərini sınayacaqlar. Turnirə milli komandanın tərkibində “Neftçi”, “Gilan” və “Savalan” klublarının taekvondoçuları qatılacaqlar. Burada isə ölkəmiz 26 idmançı və məşqçilər heyəti ilə təmsil olunacaq. Komandamız Antalyaya ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yollanıb.

Yarışlarda, həmçinin ölkəmizi hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir