Modern.az

Bakı metrosundakı “VİP” vaqon kimlər üçündür? - AÇIQLAMA

Bakı metrosundakı “VİP” vaqon kimlər üçündür? - AÇIQLAMA

Təhsil

10 Fevral 2015, 10:53


“Bu, Bakı metrosunda istifadə olunan  yolölçən vaqondur. Ayda bir dəfə, xüsusən də bazar günü sərnişinlərin az olduğu vaxt qatara qoşulur. Vaqon bütün xətt boyu hərəkət edərək yolları analiz edir”.

Bunu Modern.az-a açıqlamasında Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metronun “VİP” qatarı haqda söz-söhbətə aydınlıq gətirərkən deyib.

Metropoliten rəsmisi məlumatda yazıldığı kimi vaqonun içərisində kondisionerlər, istirahət üçün avadanlıqlar olmasını təkzib edib: “Həmin vaqonun içərisində xüsusi avadanlıqlar var. Bu, bir növ labaratoriyadır. Qeyd edildiyi kimi, kondisonerləri, azuqəsi, divan-kreslosu da yoxdur. Sadəcə işçilər üçün avadanlıqlar, oturacaqlar var. Nəzərinizə çatdırım ki, vaqon sərnişinlərin istifadəsi üçün deyil”.

“Azaqlıq” radiosunda metronun Cəfər Cabbarlı stansiyasında “VİP” vaqon  göründüyü barədə məlumat yer alıb. Məlumata görə həmin vaqonda kondisioner, divan-kreslo, xüsusi azuqə və s. olub. Metropoliten işçiləri sərnişinlərin vaqona daxil olmasına imkan verməyib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir