Modern.az

Moskvada azərbaycanlıların kafesində atışma: 2 ölü, 2 yaralı

Moskvada azərbaycanlıların kafesində atışma: 2 ölü, 2 yaralı

Təhsil

10 Fevral 2015, 11:04



Moskvanın şərqində yerləşən və azərbaycanlılara məxsus “Abşeron” kafesində ötən gecə atışma baş verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər hadisə yerində, başından güllə yarası alan 29 yaşlı gənc isə xəstəxanada keçinib. Bundan başqa, 32 və 36 yaşlı daha 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə şahidlərinin sözlərinə görə silahlı insidentdən öncə kafedəki 20 nəfər arasında kütləvi dava baş vermişdi. Moskva polisi hadisə iştirakçılarını məsuliyyətə cəlb etrmək üçün xüsusi əməliyyatda başlayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir