Müsavat Partiyasınnın başqan müavini Elman Fəttahın maşınından oğurluq edilib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
E.Fəttah bildirib ki, hadisə zamanı avtomobilindən bir neçə qutu siqaret, ətir və 150 avro pul götürülüb.
O, oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini qeyd edib.