Nərimanov rayonu ərazisində 18-ci polis bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər saxlanılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 1-i qadın, 3-ü azyaşlılar olub. İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsi ilə protokol tərtib olunub və xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Modern.az