Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası olub. Modern.az saytının məlumatına görə, iclasda komitənin 2014-cü il payız sessiyası ərzində gördüyü işlərdən danışılıb.
Komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, payız sessiyası ərzində keçirilən 4 iclasda 11 məsələ müzakirə edilib: “8 qanun layihəsi Milli Məclisin plenar iclaslarının müzakirəsinə çıxarılaraq qəbul edilib”.
Onun sözlərinə görə, həmin müddətdə komitəyə 282 sənəd daxil olub. “Komitədə 100 vətəndaş qəbul edilib. Komitənin adından müxtəlif ünvanlara layihə və baxılması üçün 140 məktub göndərilib”.
Aqşin Kərimov