Modern.az

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik ediləcək

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik ediləcək

Təhsil

10 Fevral 2015, 13:23

Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında “Tibbi sığorta haqqında”, “Dərman vasitələri haqqında”, “Ünvanlı sosial yardım haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

Modern.az saytının verdiyi xəbərə görə, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdən söz açıb. O bildirib ki, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə, nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi öz əksini tapıb.

O söyləyib ki, müvafiq icra hakimiyyəti orqanının nəzarət markalarının hazırlanmasını da təmin etməsi yeni qanun layihəsində qeyd olunub.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir