Rusiya prezidenti Vladimir Putin Misir prezidenti Abdulfəttah əl-Sisiyə “Kalaşnikov” avtomatı hədiyyə edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Putinin bu ölkəyə şərəfi zamanı etdiyi hədiyyəni ekspertlər Misir ilə Rusiya arasında planlaşdırılan silah alqı-satqısı ilə bağlı razılaşma kimi dəyərləndiriblər. Təsadüfi deyil ki, Misir KİV-ləri Putinin Qahirəyə səfəri zamanı iki ölkə arasında 3 milyard dollarlıq silah razılaşmasının imzalanmasının gözlənildiyini də qeyd ediblər.
Şahin Qocayev