Modern.az

Məmməd Aslan başına gələn qəzadan DANIŞDI: "Qəfil yıxıldım, omba sümüyüm sındı"

Məmməd Aslan başına gələn qəzadan DANIŞDI: "Qəfil yıxıldım, omba sümüyüm sındı"

Təhsil

10 Fevral 2015, 15:46


Məşhur şair Məmməd Aslanın omba sümüyünün sındığı və xəstəxanaya düşdüyü barədə Modern.az saytının yaydığı xəbəri təsdiqləyib.
Bu barədə Kulis.az-a danışan şair bildirib ki, xəstələnməyi ilə bağlı mediada nəsə yazılmasını istəmir. 

"Çünki respublikada min-min insan yaşayır, Allah hamısına səhhət versin. Heç kəsin icazəsi olmadan onun haqqında heç nə yazmaq olmaz...
Mən beş-altı gün öncə  İrana müalicə üçün getmişdim, orda – Şəhriyar xəstəxanasında mənə son dərəcədə hörmətlə yanaşdılar. Getdiyim xəstəlik üzrə, demirəm hansı xəstəlikdir, məni hazırladılar ki, əməliyyat olunum. Sabah əməliyyat stoluna çıxacaqdım ki, axşam qəza baş verdi. Deyir, qəza bəd gələndə quymaq diş sındırar. Qəfil yıxıldım, omba sümüyüm parçalandı. Rentgen elədilər, bir gündən sonra əməliyyat olundum, metalla çivləyib düzəltdilər və məni yola saldılar. Üzləri ağ olsun. Olan budur".

Məmməd Aslan deyib ki, hazırda evdədir, hətta bu gün oturub şeir də yazıb...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir